AZ   |   RU
Paşinyan: “Tezliklə Aİ-nin mülki missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalayacağıq”


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının bu ölkədəki mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək sazişin imzalanacağını açıqlayıb.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə o, Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.

Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Ermənistan baş naziri hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.

Fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Aİ-nin yeni mülki missiyası yerləşdirilib.

  • 2-03-2023, 20:18