"Pandemiya dövründə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərə humanitar dəstək göstərib".
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşündə bildirib.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda OPEC+ və digər formatlar qeyd edilib.
Dövlət başçısı pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət edib. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət edib.