“Özbəkistanla Azərbaycan arasında son illər tərəflər arasında strateji münasibətlərin daha dərinləşməsi müşahidə olunur”.
Missiya.Az xəbər verir ki, bunu millıət vəkili Vüqar Bayramov bildirib. O, əlavə edib ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64.0 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib.
2020-ci il ilə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb: “Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.
Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb inşaatını tamamlamaq üzrədir. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək”. Qeyd edək ki, Özbəkistan prezidenti martın 1-dən 3-dək Azərbaycanda səfədə olacaq.
Missiya.Az