AZ   |   RU
Zelenski Türkiyəyə humanitar yardımla bağlı fərman imzalayıb
 
Ukrayna prezidenti Volodimir Zelenski dünən güclü zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardım göndərilməsi barədə fərman verib.

Missiya.Az
RBC-Ukrayna”ya  istinadən xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.

“Türkiyə Respublikasında zəlzələ nəticəsində yaranmış fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədilə “Humanitar yardım haqqında” Ukrayna Qanununun 10-cu maddəsinə uyğun olaraq, Türkiyəyə humanitar yardım göndərilməsini təsdiq edirəm ”, - deyə sənəddə qeyd olunub.

Fərmana əsasən, Ukrayna Nazirlər Kabineti Türkiyəyə lazımi yardımının verilməsini təmin etməlidir.

Xatırladaq ki, dünən səhər saatlarında Türkiyə və Suriya güclü zəlzələlərə məruz qalıb.  

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-02-2023, 14:16