Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Türkiyədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
Missiya.Az xəbər verir ki, Ersin Tatarın başsağlığı mesajında deyilir:
Türkiyəmizdə ilk təsbitlərə görə vətənimizin müxtəlif vilayətlərində, yəni Adana, Kahramanmaraş, Adıyaman, Malatya, Qaziantep, Diyarbəkir və Şanlıurfada əvvəlcə 7,4, sonra isə 6,6 olmaqla müxtəlif dağıdıcı dəyərlərə malik 32 ardıcıl təkan olub...
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu və digər yüksək səviyyəli rəsmilər dərhal böhran masası yaradaraq AFAD ilə işə başladılar.
7,4 bal gücündə zəlzələ eyni vaxtda Kıbrısda da hiss edilib...
Türkiyə Cümhuriyyətinə yarışlara gedən idman komandalarımızın da fəlakət bölgələrində olduğunu bilirik. Zəlzələ ilə əlaqədar telefon xətlərində yaranan nasazlıqlar səbəbindən qrupların bəziləri ilə əlaqə qurmaq mümkün olmayıb. Əlçatmaz qruplarımla əlaqə yaratmaq üçün bütün imkanlarımızla səfərbər oluruq.
Mən də hadisələri diqqətlə izləyir və təqib edir və böyük ağrı hiss edirəm.
Vətənimizin zəlzələ ağrısını ürəkdən paylaşır, həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, can itkilərimizin az olmasını arzu edirik.
Öz adımdan və Quzey Kıbrıs Türk Cümhuriyyəti vətəndaşlarım adından həyatını itirənlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfa, Ana Vətənimiz Türkiyəyə isə böyük keçmiş olsun diləyirəm".