İsrail İranın nüvə obyektlərinə zərbə endirmək üçün ABŞ-dan 25 ədəd müasir F-15-EX döyüş təyyarəsi istəyib.
Missiya.Az xəbər verir ki, bu barədə “Breaking Defence” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, İsrail Müdafiə Nazirliyi ötən həftə ABŞ-a rəsmi sorğu ilə məktub göndərib.
Bildirilir ki, 2020-ci ildə İsrail hərbi arsenalında həm F-35, həm də F-15 qırıcılarının sayını artırmaq qərarına gəlib, lakin bəzi siyasi səbəblərə görə yalnız F-35 təyyarələrini ala bilib.
Qeyd edək ki, F15-EX təyyarəsi digər qırıcılardan daha çox silah daşıyır və hipersəs raketləri buraxa bilir.
Daşqın Həsənov
Missiya.Az