Türkiyənin Kayseri şəhərində 20 Yanvarla bağlı Turan cəmiyyətinin təşkilatçılığı ilə növbəti aksiya keçirilib. Qardaşlıq Parkında olan aksiyada Bakıda törədilmiş 20 Yanvar faciəsinin günahkarlarının hələ də cəzalandırılmaması pisləndi və aksiyanın bəyanatı oxunub.Tədbirdə çıxış edən Turan cəmiyyyətinin qurucusu və sədri Ali İhsan Öztürk qeyd edib ki, 1990-cı ildən bu günə qədər Kayseridə 20 Yanvar, Xocalı Şəhidlərinin anım gününün qeyd edilməsi artıq bir ənənə halını alıb.
O, 33 il öncə Bakının işğal edilməsini - qadın, uşaq, ahıl demədən insanlarımızın tankların altında əzilməsini televiziyadan duyduqlarını və Yanvarın 24-ü Kayseri Cümhuriyyət Meydanında 10 min etrazçının qatıldığı bir etiraz aksiyası təşkil etdiklərini bildirib. Nümayişcilərin magistral yollla 3 km yürüyərək Kayseri Cumhuriyyyət meydanına gəlməsini və aksiyada rəhmətlik advokat Nevzat Türkden, Erciyez universitetini müəllimi Mustafa Öztürk və bir çox ziyalının “Bakı dərhal işğaldan azad olunmalı”, “ İşğalçı ordu rədd ol” kimi şürlarlarla çılğın nitq söyləmələrini və beynəlxalq qurumlardan Bakının sovet ordusu tərəfindən işğalına reaksiya verilməsinin tələb edildiyini xatırladıb.
Cəmiyyətin sədri Türkiyə xaricində 20 -yə yaxın təmsillciyə malik Turan cəmiyyətinin, bu gün də Bakı cinayətkarlarının cəzalandırlmasını tələb etiklərini bildirib. O, həmçinin əlavə edib ki, 20 Yanvar hadisəsinə təkcə faciə kimi baxmır, 20 Yanvar həm də bir qəhrəmanlıq salnaməsi kimi qavrayır.
Azadlıq mücadiləsində xalq Bakıda törədilən hərbi cinayətə susmadı. Əksinə, əli yalın olaraq silahlı sovet ordusun qarşısına çıxdı. Cəmiyyətin sədri Azərbaycan həqiqətlərinin açıqlanması üçün bundan sonra da mübarizələrini davam etdirəcəklərini söyləyib. Aksiyada iştirak edən müxtəlif dərnək nümayəndələri, Erciyəz universitetinin tələbələri 20 Yanvar şəhidlərini ehtiramla anıblar.
Elşən Qurbanov
Erciyəs Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi