Bu gün Madriddə 30 mindən artıq insan hökumətə etiraz aksiyasına çıxıb.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mitinq şəhər meriyasının yerləşdiyi Sibeles meydanından başlayıb. Aksiya iştirakçıları “Sançes – istefa!” və “Sançes – həbsxana!” şüarlarını səsləndirərək, hökuməti və hazırkı Baş nazir Pedro Sançesi istefaya çağırıblar.
Aksiyanın təşkilatçıları “demokratiyanı, Konstitusiyanı, azad və qanun qarşısında bərabər vətəndaşlardan ibarət İspaniyanı müdafiə etməyə” çağıran manifest səsləndiriblər. Onlar ölkənin Cinayət Məcəlləsinə qiyama təhrikçilik cinayətinin ləğv olunması ilə bağlı edilən dəyişikliklərə də etirazlarını bildiriblər. 2017-ci ildə müstəqillik barədə qeyri-qanuni referendumun təşkilinə aidiyyəti olan kataloniyalı siyasətçilər 2019-cu ildə bu maddə üzrə məhkum olunublar.