AZ   |   RU
Almaniya Polşaya Patriotlar yerləşdirir

Almaniya Silahlı Qüvvələri tərəfindən Polşaya göndərilən “Patriot” hava hücumundan müdafiə sistemləri Polşanın Ukrayna sərhədinə yaxın nöqtələrə yerləşdirilməyə başlayır.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Almaniya Silahlı Qüvvələrinin əsgərləri Patriotları köçürmək və quraşdırmaq üçün bu gün Almaniyanın şimalındakı Bad Sülze şəhərindən yola düşəcək.
 
Ötən ilin noyabrında Rusiyanın raket hücumlarına qarşı Ukrayna tərəfindən atılan S300 raketi Polşanın cənub-şərqindəki Prjevodov kəndinə düşmüş, 2 nəfər həlak olmuşdu.
 
Hadisədən sonra Almaniyanın Polşaya təklif etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri Ukrayna sərhədinə yaxın nöqtələrə yerləşdirilməyə başlanıb.
 
Ukrayna sərhədi yaxınlığında kritik infrastrukturu qorumaq üçün yerləşdiriləcək 3 Patriot hava hücumundan müdafiə sisteminin təhlükəsizlik səbəbi ilə dəqiq harada yerləşdiriləcəyi açıqlanmayıb.
 
Aqil Musa
Missiya.Az
 

  • 16-01-2023, 16:24