Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
Missiya.Az xəbər verir ki, açılış oyununda "AAAF Xırdalan" və "Sərhədçi" komandaları qarşılaşıblar.
"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları parketdən 78-75 hesablı qələbə ilə ayrılaraq, 20 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəliblər. 19 xalı olan "AAAF Xırdalan" isə 5-cidir.
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Endryu Korum (21 xal, 21 ribaund), "Sərhədçi"dən isə Brendon Miller (23 xal, 7 ribaund) olublar.
Qeyd edək ki, turun digər "Sabah" - NTD, "Neftçi İK" - "Gəncə" və "Zirvə Astara" - "Olimpik Şəki" oyunları 7-8 yanvarda keçiriləcək