"Rusiya ilə Ukrayna fevral-may ayları arasında növbəti hərbi əməliyyatların mənasız olduğunu anlayanda müharibəni qismən dayandıracaqlar".
Missiya.Az "UNİAN"a istinadən xəbər verir ki, bunu NATO-nun generalı Hans-Lotar Domrese deyib.
Domrese bildirib ki, yay fəslinin əvvəllərində isə hər iki tərəf atəşkəs haqqında müqavilə bağlayacaq.
"Tərəflər arasında müqavilə imzalansa belə bu, uzunmüddətli sülh olmayacaq. Çox güman ki, danışıqlar uzun müddət uzanacaq və əlavə olaraq tərəflər arasında vasitəçi lazım olacaq. Çox ehtimal ki, vasitəçi BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ya Hindistanın baş naziri Narendra Modi olacaq", - deyə general vurğulayıb.
Domrese qeyd edib ki, həllə nail olmaq o zaman mümkündür olacaq ki, bu, hər iki tərəf üçün məqbul olsun.
Daşqın Həsənov
Missiya.Az