AZ   |   RU
Polşa Almaniyanın “Patriot” təklifini qəbul etdi
 
Polşanın müdafiə naziri Mariuş Blaşçak bəyan edib ki, Almaniyanın təklif etdiyi “Patriot” raket əleyhinə sistemlər ölkədə quraşdırılacaq.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mariuş Blaşçak “Twitter” hesabından verdiyi açıqlamada, Almaniya müdafiə naziri ilə görüşdüyünü bildirib.

Almaniyanın Ukraynaya Patriotların göndərilməsini qəbul etmədiyini məyusluqla qarşılayan Blaşçak, " Sistemləri Polşada yerləşdirmək və komanda sistemimizə bağlamaq üçün tənzimləmələrə başlayırıq",- ifadələrini işlədib.
 
Blaşçak, eyni zamanda "Sözügedən sistemlərin Qərbi Ukraynada yerləşdirilməsi həm polşalılar, həm də ukraynalılar üçün təhlükəsizliyi artıra bilərdi", -deyə vurğulayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-12-2022, 14:24