AZ   |   RU
Şakira və Pike övladları ilə bağlı razılığa gəliblər

Kolumbiyalı müğənni Şakira və keçmiş ispaniyalı futbolçu Xerard Pikenin övladlarının qəyyumluq işi Barselonada Ailə Məhkəməsində hakim tərəfindən təsdiqlənib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, ayrı-ayrılıqda məhkəməyə gedən Pike və Şakira çıxışda jurnalistlərin təkidli suallarına baxmayaraq heç bir açıqlama verməyib.

İspaniya mətbuatı bildirib ki, Şakira və Pike noyabrın əvvəlində övladlarının qəyyumluğu ilə bağlı əldə edilmiş razılaşmanı hakim qarşısında təsdiqləyiblər.

Razılaşmaya əsasən, Şakiranın ABŞ-ın Mayami şəhərindəki 750 kvadratmetrlik evinə köçəcəyi və övladları Milan (9) və Saşanı (7) götürəcəyi, Pikenin isə ayın 10 günü uşaqlarının yanında olacağı bildirilib.

Təxminən 12 ildir birlikdə olan Şakira və Pike iyun ayında ayrıldıqlarını açıqlayıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az 


  • 1-12-2022, 16:38