Ukraynada işıqların müntəzəm kəsilməsi çörək istehsalında problemlər yaradır.
Missiya.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Aqro Portal”a müsahibəsində Ümumukrayna Çörəkçilər Assosiasiyasının birinci vitse-prezidenti Yuri Duçenko danışıb.
“Çörək bişirmə prosesi davamlıdır. Sabitləşmə və ya təcili söndürmə cədvəli zamanı texnologiyanı təmin edə bilməyəcəyik. Bəzi çörək növləri üçün kifayət qədər uzun bir istehsal dövrü var, burada unun tədarükündən qablaşdırmaya qədər proses altı saatdan çox çəkir. İstənilən mərhələdə bu prosesi dayandırmaq və ya sobanın dayandırılması bütün partiyanın, yəni tonlarla çörəyin təkrar emala göndərilməsi deməkdir”, - deyə Yuri Duçenko bildirib.
Çörəkçilər Assosiasiyasının birinci vitse-prezidenti onu da vurğulayıb ki, ölkədə çörək istehsalının stabil olması üçün sexləri çoxlu sayda generator və yanacaqla təmin etmək lazımdır. Lakin onun qeyd etdiyi kimi, müasir çörək zavodunu elektrik enerjisi ilə təmin edə biləcək güclü generatorun alınması üçün 30-50 min avro xərclənməlidir. Bu da həmişə mümkün olmur.
Zərintac MAYİSQIZI
Missiya.Az