“Türkiyə ilə Pakistan arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir ki, bunun dabariz nümunəsi müdafiə sektorunda birgə təşəbbüslərdir. Ölkələrimizin bu gün üzləşdiyi problemlər əsasən oxşardır. Bu, sıx əməkdaşlıq tələb edən terror təhlükəsinə də aiddir”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Pakistan Hərbi Dəniz Qüvvələrini üçün inşa edilən “MİLGEM” proqramının üçüncü korvet gəmisin buraxılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Hayber korvetinin buraxılış mərasimində iştirak edən Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb.
Ərdoğan bildirib ki, Ankara ilə İslamabad arasında imzalanan müqavilə çərçivəsində Türkiyənin MİLGEM proqramının dördüncü və sonuncu korvet gəmiləri 2025-ci ilin fevralında Pakistana təhvil veriləcək.
“Daxili hərbi-sənaye kompleksinin nailiyyətləri sayəsində Türkiyə bu gün müstəqil şəkildə hərbi əməliyyatlar aparır, milli təhlükəsizliyə çağırışları aradan qaldırır. Əgər 2022-ci ildə Türkiyədə 62 müdafiə layihəsi həyata keçirilirdisə, bu gün bu rəqəm 750-ni ötüb. Yenə deyirəm, əgər 20 il əvvəl ölkəmizin müdafiə layihələrinin büdcəsi 5,5 milyard dollar idisə, 2022-ci ildə 60 milyard dollarI ötüb. Müdafiə sənayesinin dəstəklənməsinə yardım yerli hərbi-sənaye kompleksi dünyada lider mövqe tutana qədər davam edəcək”, - deyə Türkiyə lideri vurğulayıb.
Türkiyə lideri Türkiyənin müdafiə təyinatlı məhsullarının ixrac göstəricilərinə də diqqət çəkib. Onun sözlərinə görə, son onilliklər ərzində bu rəqəm 248 milyon dollardan bu ilin sonuna proqnozlaşdırılan 4 milyard dollara yüksəlib.
Ərdoğan antiterror əməliyyatları zamanı yerli silahların aktiv istifadəsinə diqqət çəkib.
“Türkiyə terrorçularla mübarizəni dəstəklədiyi qüvvələrdən asılı olmayaraq davam etdirəcək. Cinayət təşkilatlarının üzvləri tökülən hər damla qana görə cavab verəcəklər. Terrorçuların öz bazalarında məhv edilməsi strategiyası dəyişməz olaraq qalacaq”, - deyə Ərdoğan qeyd edib.
Ərdoğan ayrı-ayrı dövlətlərin Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda antiterror əməliyyatlarını dayandırmaq çağırışlarını pisləyib.
“Əməliyyatları dayandırmağa çağırmaq əvəzinə, başqa bir terror təşkilatı olan İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyadakı YPG terrorçularına silah tədarükünü dayandırmalı idilər”, - deyə Türkiyə dövlət başçısı xatırladıb.
Ərdoğan çıxışına bu sözlərlə davam edib: “DEAŞ terrorçuları “layihənin bəhrəsi”dir. Türkiyə İŞİD terrorçuları ilə meydanda uğurla mübarizə aparan yeganə NATO ölkəsi olub. Qoy heç kim bizə öyrətməyə çalışmasın! Ən kiçik hücuma cavab olaraq öz sərhədlərindən on minlərlə kilometr uzaqda yerləşən ölkələri məhv edənlərin bizdən Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinə məhəl qoymamağı gözləməyə haqqı yoxdur”.
Daşqın Həsənov
Missiya.Az