AZ   |   RU
Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 14 571 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 346 012 test icra olunub.

  • 11-05-2021, 16:46