AZ   |   RU
Türkiyə səfiri Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Missiya.Az
xəbər verir ki, türkiyəli diplomat tviterdə yazıb:

“Bayraqları bayraq edən üstündəki qandır.

Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”.

Vətən uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.

Zəfəriniz mübarək, qardaşım”.

  • 7-11-2022, 23:11