AZ   |   RU
Xerson vilayətində mülki əhali təxliyə edilməlidir-Vladimir Putin- Vladimir Putin


“Xerson vilayətində mülki əhali təxliyə edilməlidir”.

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Rusiyada Milli Birlik Günü münasibəti ilə Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydandakı Kuzma Minin və Dmitri Pozharski parkına gül dəstələri qoyduqdan sonra gənclərlə söhbəti zamanı bu sözləri deyib.

Putin, "Ən təhlükəli hərəkətlər zamanı mülki şəxslər təbii ki, Xersondan uzaqlaşdırılmalıdır. Çünki heç bir hücum, əks-hücum və bombardmanlardan mülki vətəndaşlar zərər görməməlidir.” ifadələrini işlədib.
 
Çıxışında Ukrayna ilə bağlı açıqlamalar verən Putin yenə də Qərb ölkələrinin Rusiyanı parçalamağı hədəflədiyini qeyd edib.
 
Aqil Musa
Missiya.Az

  • 5-11-2022, 16:16