AZ   |   RU
Domenli tarakanlar, “sayIt” işlədən məişət tullantıları və “MİSSİYA”NIN AĞIR DAŞI


Sifarişlə işləyən, özünün çirkin əməllərini pərdələmək, başqalarının nümunəvi fəaliyyətinə kölgə salmaq məqsədi güdən oyunbaz adamların tula payı ilə şər, böhtan dolu “məqalələr” yayımlayan saytlar hələ də ortalıqda at oynadırlar.

Bəzən elələrinə rast gəlinir ki, 100 manata görə dünyanın ən alçaq, ən murdar əməlinə qol qoyur. Başqalarını ləkələmək, tanımadıqları, fəaliyyətinə bələd olmadıqları adamlar haqqında hədyanlar yazmaq yoyu ilə övladına “çörək qazanan” bu domenli tarakanlar, inanın ki, 75 manat müqabilində belə xeyirxahlığından ilərlə bəhrələndikləri adamlara qarşı da “kampaniyalar” aparır, 80 manat qarşılığında isə 75 manatın yiyəsini “uf” demədən satırlar. Bu gün elə iyrəncliklərin şahidi oldum ki, bu dünyanın hələ də var olduğuna, dağılmadığına təəccübləndim... 

Adam cildində nə qədər məişət tullantısı var imiş, İlahi. Bütün dəyərlərdən imtina etmiş,  “ağır xəstəm var”, bəzən də “elə bil ki, meyitim ortadadır, sən götürürsən” deyib qapısını döydükləri adama qarşı insanlıqdan uzaq davranışlara yol verənlərə başqa hansı adı qoyasan? 

Nə yaxşı ki, dost sözünü, illərlə kəsilmiş çörəyi hər şeydən uca tutan az sayda media qurumları və onların dəyərli rəhbərləri var ki, bu gün məhz onların bircə kəlməmə “baş üstə” deməsindən təsəlli tapdım. 

Lakin “Sayt” işlədənlər dəstəsinin bir qrup üzvü bu gün “Missiya Group”un qapısına daş atmağa çalışdı. Əsası, mənbəsi, istinad nöqtəsi olmayan “xəbərləri” elə həvəslə bir-birinə ötürdülər ki, bunun idarə olunan kampaniya olduğunu düşündük. Çox keçmədi ki, gümanlarımızda yanılmadığımız məlum oldu. Yüngül araşdırmamız üzə çıxardı ki, hələlik(!) kimliklərinə işarə belə etmək istəmədiyim məkr və hiylə dolu yaramazlar dövlətə, xalqa təmənnasız xidmət nümunələri yaradanlara qarşı kampaniya aparıb, görülən nəhəng işlərə kölgə salmağa çalışırlar.

Bu statusda daha dərinə gedib qurulmuş oyunun alt qatındakı məqsədlərdən geniş şəkildə bəhs etmək istəmirəm. Amma aparılan kampaniyanın hərəkətverici qüvvəsi barədə geniş yazılarımız olacaq. Yəqin sizə də aydındır ki, “Missiya Group”un sosial məsuliyyətindən irəli gələn layihələri kimlərinsə gözünü qamaşdırır və görülən işlərin nəticəsi olaraq insanların razılıq içində olmasından narahatlıq keçirirlər... Darıxmasınlar, dövlətə, xalqa hansı forma və pozada qənim kəsildiklərini ən xırda elementinə qədər açıqlayacağıq. 

Sonda “Missiya Groupu”un rəhbəri Ramin Əhmədova qarşı aparılan kampaniyada iştirak etmək istəməyən, sözümüzə dəyər verən media qurumlarının hər birinə təşəkkürümü bildirirəm.

Nicat Dağlar
Missiya.Az


  • 1-11-2022, 21:38