AZ   |   RU
"Qarabağ klanı" Paşinyana sui-qəsd hazırlayıb? - Sarksyan-Köçəryan cütlüyünün qanlı planı ola bilər
 
Ermənistan mediası baş nazir Nikol Paşinyanın ölüm qorxusundan yazıb. 
 
Missiya.Az
xəbər verir ki, medianın iddiasına görə Paşinyan bir hökumət binasından, digərinə mühafizə ordusu ilə keçir.
 
Həmin binalar hündür hasarla əhatə olunduğu halda, Paşinyan ehtiyyatını əldən vermir. “Qraparak” qəzeti yazır ki, əvvəllər vətəndaşlar arasında sərbəst gəzən, velosipedlə işə gedən Paşinyan “xain Nikol” şüarlarından qorxuya düşüb. 
 
Sitat: “Ötən gün Nikol Paşinyan Ətraf Mühit Nazirliyini ziyarət etmək üçün mərkəzi binadan üçüncü binaya piyada getmək qərarını verib. Cəmi bir neçə metr davam edən gəzintisi zamanı çox dramatik məqamlar baş verib. Paşinyan binadan binaya keçərkən əraziyə minlərlə polis gətirilib və ərazi mühasirəyə alınıb. Hətta bina ətrafında işləməyə gələn vətəndaşların da qarşısı kəsilib”, - sitatın sonu.



Qəzet Paşinyanın niyə binadan binaya keçərkən böyük təhlükəsizlik tədbirləri görməsinin səbəbləri barədə də yazıb.
 
Sitat: “Hökumət niyə belə böyük təhlükəsizlik tədbirləri görüb? Çünki dünən, “Vətən” Qurtuluş Hərəkatının üzvlərinin Paşinyana qarşı aksiya keçirəcəyi barədə xəbər yayılmışdı. Bundan qorxuya düşən Paşinyan, ərazidən maneəsiz keçmək üçün bina ətrafına çox sayda polis qüvvələrinin yığılması barədə tapşırıq verib. Ancaq binaya yalnız polis nəzarət etməyib. Hökumət binasına bitişik parkda Milli Təhlükəsizlik Xidmətinin çox sayda əməkdaşı olub. Binaların damlarına snayperlər yerləşdirilib”, - sitatın sonu.
 
Məlumata görə, Paşinyanın mühafizə xidməti binadan binaya keçərkən baş nazirə hücum olacağı təqdirdə hansı addımların atılacağı barədə xüsusi plan da hazırlayıb. 
 
“Qraparak” yazır: “Əlbəttə ki, Paşinyan binaya çoxlu mühafizəçi ilə yaxınlaşdı. Küçədə isə yol polisləri və park edilmiş zirehli “Mersedes” var idi. Yəqin maşın onun üçün idi ki, birdən Paşinyna hücum olsa, o, tez zirehli maşına minib qaçsın. Xüsulilə qeyd etməliyik ki, bu qədər tədbir “ Daşnaksütun” Partiyasının və “Vətən” Partiyasının bir-iki nəfər gəncinə görə görülüb. Paşinyan binadan çıxıb digərinə keçərkən metronun yanına toplaşan bir neçə gənc qışqırmağa başladı. Onlar “Türk köpəyi, Nilol”, “Nikol xain”, Türkün ayaqqabısını yalayan” şüarları səsləndirirdilər. Əlbəttə ki, bu şüarlar Paşinyana təsir etmədi və o, sakitcə binaya daxil oldu. İki saat orda qaldı. Binadan çıxanda yenə eyni şüarlarla qarşılaşdı”, - sitatın sonu.



Qeyd edək ki, son günlər Ermənistan mətbuatında Nikol Paşinyana qarşı sui-qəsdin hazırlana biləcəyi barədə xəbərlər yayılıb. Erməni ekspertlərin fikirincə,  terorçu “Qarabağ klanı”nın Paşinyanı hakimiyyətdən sivil yollarla uzaqlaşdırmağın mümkün olmadığını görüb, ona qarşı sui-qəsd hazırlaya bilərlər. Hətta 2 gün əvvəl Nikol Paşinyanın avtomobilinə hücum edildiyi və baş nazirin yaralandığı barədə xəbərlər yayılmışdı. Amma xəbər öz təsdiqini tapmadı. Ermənistanda revanşist qüvvələr Paşinyanı dəfərlərlə ölümlə hədələyiblər. Onların iddiasına görə, baş nazir xəyanətkardır, müharibənin başlamasına və məğlubiyyətə birbaşa səbəbkardır. Paşinyan isə ittihamlarla razılaşmır, Azərbaycan ordusunun gücünü etiraf etmək məcburiyyətində qalır. Ola bilsin ki, Paşinyanda revanşist qüvvələrin ona qarşı sui-qəsd planı hazırladığı barədə məlumat olduğu üçün təhlükəsizlik tədbirlərini artırıb. 
 
Hər halda son günlər bəzi erməni ekspertlərinin "Qarabağ klanı" tərəfindən atıla biləcək addımlarla bağlı verdikləri proqnozlar Paşinyanın təhlükəsizlik tədbirlərini gücləndirməsinin heç də mitinqçilərdən qorxduğuna görə olmadığını düşünməyə əsas verir. Belə görünür ki, Paşinyan sabiq prezidentlər - Sarksyan və Köçəryan cütlüyünün onu öldürtdürə biləcəyindən daha çox ehtiyat edir.

Elvin
Missiya.Az


  • 24-02-2021, 14:20