AZ   |   RU
Məşhur türk aktyoru qəza keçirdi - Onun vurduğu motosikletdə yaralananlar var
 
Türkiyəli aktyor Cemal Hünal dünən günorta saatlarında qəza keçirib.  

Missiya.Az “haberglobal”-a istinadən xəbər verir ki, məşhur aktyor avtomobili ilə hərəkətdə olarkən motosikletə çırpılıb.  

Aktyorun vurduğu motosikletdə sürücü və yanındakı şəxsin ayağı sınıb. Zərərçəkənlər Cemal Hünalı şikayət ediblər.

Qeyd edək ki, Cemal Hünal “Issız Adam”, “Romantik Komedi”, “Camlı Kız” filmlərində rol alıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 11-10-2022, 12:46