Bu gün Rusiya ilə Krım arasındakı əsas strateji logistik xəttin partladılması dünya gündəmində əsas yer tutur.
Körpüdə baş vermiş hadisə təsadüfdürmü?
Kerç və Taman yarımadalarını birləşdirən körpü iki paralel hissədən — avtomobil yolundan və dəmiryol xəttindən ibarətdir. Krım körpüsü ümumi uzunluğu 19 km olmaqla Rusiyanın və bəzi mənbələrə görə avropanın ən uzun körpüsü hesab olunur. Ancaq oktyabın 8-də körpüdə baş vermiş hadisənin bir anda dünya mətbuatının diqqət mərkəzinə düşməsi tək onun uzunluğu və yaxud körpünün əhəmiyyəti deyil. Hadisəni bir anda bu qədər populyar edən ən başlıca səbəb təbii ki, körpünün bir hissəsinin mübahisəli Krım ərazisindən keçməsidir. Rusiyanın Krmı ilhaq etdikdən sonra Ukraynadan asıllığını azaltmaq məqsədi ilə, böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirdiyi körpünün sıradan çıxması iki ölkə arasında ağir vəziyyəti daha da gərginləşdirə bilər.
Artıq Putin hadisənin arşdırılması ilə bağlı Dövlət Komissiyasının yaradılması barədə göstəriş verib.
Ukrayna cinahında isə Rusiyanı daha da qəzəbləndirəcək açıqlamaların səsləndirilməsi yaxın günlərin sakit keçməyəcəyindən xəbər verir. Məsələn, Ukrayna prezidentinin Ofisnin rəhbəri Podalyakın, "Krım körpüsü başlanğıcdır.Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır" deməsi, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aliksey Danilovun twitter hesabından hadisə ilə bağlı paylaşdığı ironik video və Estoniya xarici işlər nazirliyinin Ukrayna xüsusi təyinatlılarını təbrik etməsi, Ukraynanın hadisədə əli olmasına dair şübhələri əsaslı şəkildə gücləndirir.
Hər halda hadisə ilə bağlı artıq cinayət işi başlanıb. Əgər bu məsələdə Ukraynanın iştirakı sübuta yetirilərsə Medvedevin bir neçə ay bundan əvvəl dilə gətirdiyi, “Zaman-zaman bəzi izahatlarla ortaya çıxan bəzi şöhrətli qanlı klounlar bizi təhdid etməyə çalışırlar. Mən Krıma hücumdan danışıram. Belə getsə, Ukrayna üçün qiyamət qopacaq. Bu, çox tez və çətin olacaq və bunu gizlətmək mümkün olmayacaq..." şəkilli təhdid
Ukrayna üçün reallaşa bilər. Lakin arxasında Qərb ölkələrinin dayandığı Ukraynanın da Moskvaya sürprizlər yaşadacağı istisna olunmur. Ümumiyyətlə, bu müharibə bütün dünya üçün getdikcə daha ciddi təhdid yaradır.
Aqil Musa
Missiya.Az