AZ   |   RU
Nigeriyada daşqınlar nəticəsində 70-dən çox insan ölüb


Nigeriyanın şimalındakı Yobe əyalətində may ayından indiyədək güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 75 nəfər ölüb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Əyalətin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd Qoye bildirib ki, 31 mindən çox ev daşqınlardan zərər çəkib.
Nigeriyada yağıntılı mövsüm mayın sonunda başlayır və sentyabrda bitir.


  • 5-10-2022, 23:19