AZ   |   RU
Nazir müavini: "Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır"


“Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır”.

Missiya.Az 
"Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cənubi Koreyanın Milli Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 228 milyon ABŞ dolları təşkil edib: "Azərbaycanda 77 Koreya şirkəti fəaliyyət göstərir. Biz təhsil sahəsində də əməkdaşlıq edirik. 2020-ci ildə Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında ikili diplom proqramına start vermişik".

"Ümid edirəm ki, Koreya ilə Azərbaycan arasında əlaqələr genişlənəcək və möhkəmlənəcək", - nazir müavini əlavə edib.


  • 5-10-2022, 21:12