"Olimpiakos"un futbolçusu Hvan İy Co Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda meydana çıxa biləcək.
Missiya.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Miçel Qonsales matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib.
İspaniyalı mütəxəssis 30 yaşlı hücumçunun zədəsini tam olaraq sağaltdığını və sabahkı qarşılaşmada forma geyinəcəyini bildirib.
Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.