Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.
Missiya.Az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, "VAZ-21099" markalı avtomobilin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1958-ci il təvəllüdlü M.Abdullayev, 1972-ci il təvəllüdlü K.Axundov və 1955-ci il təvəllüdlü P.Axundova xəsarət alıb.
Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.