AZ   |   RU
III Çarlzın tacqoyma mərasimi bu tarixdə keçiriləcək


Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi gələn il iyunun 3-də Vestminster abbatlığında keçiriləcək.

Missiya.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, gələn ilin iyun ayına kimi kralın 74 yaşı tamam olacaq və o, Britaniya tarixinin ən yaşlı taclı monarxı olacaq.

Daha əvvəl tacqoyma mərasiminin əvvəlki mərasimlərin daha təvazökar variantı olacağı bildirilirdi.
III Çarlz tacını həyat yoldaşı Kraliça Konsort Kamilla ilə birlikdə taxacaq.
Xatırladaq ki, 70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. Şahzadə Çarlz III Çarlz adını alaraq kral olub. Onun həyat yoldaşı Kamilla kraliça konsort statusu alıb.


  • 5-10-2022, 20:39