AZ   |   RU
Ukrayna İranın dron hücumlarını ciddi təhlükə kimi görür

Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərləri İranın Şahed-136 və Mohajer-6 texnikasını orduları üçün təhlükə kimi tanıyıb.

Missiya.Az
lenta-ru-ya istinadən xəbər verir ki, Ukrayna xüsusi təyinatlılarının kiçik serjantı Andriana Arextanın sözlərinə görə, pilotsuz təyyarələr onların müdafiəsindən yan keçə bilib, mövqelərə bombalar atıb və içərisində ekipajların olduğu iki tankı məhv ediblər. Habelə, o bildirib ki, pilotsuz təyyarələri radarda görmək çox problemlidir. İran istehsalı olan pilotsuz təyyarələrin istifadəsi Ukrayna Silahlı Qüvvələrinin böyük itkilərinə səbəb olub. Bəziləri döyüş mövqelərinə hücum edərək tankları və zirehli texnikanı məhv edib, digərləri isə Odessa da daxil olmaqla infrastruktura zərbələr endirib.

Qeyd edək ki, İrandan gələn pilotsuz təyyarələr hərbi əməliyyatlar arenasında “oyun qaydalarını” dəyişə bilər. Onlar nisbətən kiçikdir və Ukrayna radarlarından asanlıqla yayınırlar. Arexta, Amerikanın Stinger zenit-raketlərinin pilotsuz təyyarələri vura biləcəyini, ancaq gecə görmə sistemi ilə təchiz olunmadığı üçün yalnız gündüz saatlarında vura bilir. Vaşinqton tərəfindən təchiz edilmiş Switchblade 300-lər zirehli texnika və artilleriya ilə mübarizə aparmaq üçün kifayət qədər güclü deyil. Andriana Arexta onu da əlavə edib ki, Kiyevin istifadə etdiyi sovet tanklarında problemlər çoxdur: “Əsgərlər nişan alma sistemindəki səhvlərdən, yanğından mühafizənin olmamasından, hərbi texnikanın Qərb əsgərlərinin telsizlərinə qoşulmamasından şikayətlənirlər. Ukrayna əsgərlərinin irəliləməsinə kömək etmək üçün Ukraynanın müasir tanklara ehtiyacı var”.

Xatırladaq ki, Ukrayna hakimiyyəti İsraildən İranın Rusiya Silahlı Qüvvələrinə hərbi dəstəyi ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamasını istəyib. Ukrayna tərəfi də İranın Şahed-136 pilotsuz təyyarələrinin döyüş bölgəsində görünməsi xəbərləri ilə bağlı narahatlıq keçirir.

Zərintac MAYİSQIZI      
Missiya.Az


  • 27-09-2022, 17:02