AZ   |   RU
Rusiyadakı Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilədək həbs cəzası gözləyir

Rusiyadakı Azərbaycan diasporunun rəhbəri Mütvala Şıxlinskinin oğlunun işinin təfərrüatları məlum olub. 


Missiya.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.


Həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci ("Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə") ilə iş açılıb. Bu maddəyə əsasən, Şıxlinski 5 ilə qədər həbs və 200 min rubla qədər cərimə ilə üzləşə bilər.


Bildirilib ki, bu gün Leninski Rayon Məhkəməsi Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:56