AZ   |   RU
Xalq artisti İlham Əsgərovun doğum günüdür

Azərbaycanlı aktyor, Xalq artisti İlham Əsgərov 16 iyul 1958-ci ildə dünyaya gəlib. 


Missiya.Az xəbər verir ki, o, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.


1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. İstedadlı aktyor Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.


O, 28 oktyabr 2000-ci il Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına, 9 may 2012-ci il, 30 aprel 2014-cü il və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.


Rollarına: Mirzə İbrahimov "Közərən ocaqlar" Əli; Hüseyn Cavid "İblis" Ərəb;  Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir; Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir; Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay; Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir və s. daxildir.



Xalq artisti 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:56