AZ   |   RU
Ukrayna Ali Radası Şmıqalın istefasını təsdiqləyib

Ukrayna Ali Radası Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib.  

Missiya.Az
xəbər verir ki, bu barədə “Holos” parlament fraksiyasının deputatı Yaroslav Jeleznyak "Telegram"da bildirib.


 Bu gün baş nazir və hökumətin istefası ilə bağlı səsvermə olacaq, sabah isə Rada Nazirlər Kabinetinin yeni rəhbərinin və üzvlərinin təyinatı ilə bağlı səsvermə keçirəcək", - O qeyd edib.


Xatırladaq iyulun 14-də Yuliya Svırıdenko ilə görüşdə Volodimir Zelenski ona Nazirlər Kabinetinin rəhbəri vəzifəsini təklif edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:54