AZ   |   RU
Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Missiya.Az xəbər verir ki, bunu  açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.


  • 3-05-2021, 10:22