AZ   |   RU
Ukrayna münaqişəsində Ərdoğan sülh üçün çalışır - Kremlin sözçüsü

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyyətləri arasında danışıqlar üçün əlverişli şəraitin yaradılmasında böyük iş görüb”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Ərdoğan İstanbulda Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüş keçirməyə çalışır. “Türkiyə lideri Ukrayna münaqişəsində sülh prosesinin başlaması üçün çox səy göstərir”.

Daşqın Həsənov
Missiya.Az


  • 8-08-2022, 16:21