Tərtərdə silahlı insident baş verib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Rayonun Yuxarı Qaradağlı kənd sakini, özəl sahibkar Namiq Əmikişi oğlu Hüseynov əkdiyi pambıq sahəsini suvarmaq məqsədilə qonşu Əskipara kəndindən gələn arxdan su açıb. Bu zaman kənd sakini Rəsul adlı şəxs pambıq üçün su verməyəcəyini deyib.
Su üstündə yaranan mübahisədən sonra Namiq Hüseynov şəxsi "VAZ 2106" markalı avtomobilinə əyləşib gedərkən Rəsul adlı şəxs ona odlu silahdan atəş açıb. Atəş nəticəsində Namiq Hüseynova xəsarət yetirilməsə də, şəxsi avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.