Çərşənbə axşamı 10 İyun 2025 / 11:53:06
                    AZ   |   RU
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub

 

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.

Missiya.Az xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.

Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.




  • 22-05-2025, 14:16