“Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik”.
Missiya.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü.
“Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə ilə nəticələnəcəyini bilmirəm, amma Rusiyanın Ukraynanı məğlub edə biləcəyini düşünmürəm”, - ABŞ lideri bildirib.
C.Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra NATO indiyədək olmadığı qədər birlik nümayiş etdirir: “ABŞ dediyini edir. Dünya dəyişir. Biz də buna uyğunlaşırıq. Rusiyanın hücumuna göstərdiyimiz reaksiya da bunun göstəricisidir. NATO hər zaman Ukraynanın yanındadır. 600-dən çox tank, raket sistemləri, havadan müdafiə sistemləri ilə Ukraynaya dəstək veririk. Mən vəzifəyə gələndən bəri Ukraynaya 7 milyard dolar həcmində yardım etmişik. Bu yardımı davam etdiririk”.