“Fatih Karagümrük” futbol klubu "Qalatasaray"la müqaviləsi başa çatan 18 yaşlı sol cinah müdafiəçisi Əmir Tintişi öz heyətinə gətirib.
Missiya.Az “Haber7.com”a istinadən xəbər verir ki, bu barədə açıqlamanı İstanbul komandası yayıb. "18 yaşlı sol cinah müdafiəçisi Əmir Tintiş heyətimizə qatıldı. Yeni transferimiz Emir Tintişi salamlayır və Karagümrük forması altında uğurlar arzulayırıq. Karagümrükə xoş gəldiniz.”
Qeyd edək ki, Əmir Tintiş "Qalatasaray"ın U19 komandasının heyətində 30 oyuna çıxaraq, 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
Leyla Səməndər
Missiya.Az