Ukraynalı dalğıclar Qara dənizin dibində partlayıcı maddələr axtarırlar.
Missiya.Az xəbər verir ki, bu barədə“France 24” məlumat yayıb.
Xəbərdə bildirilir ki, minaaxtaranlar artıq quruda partlayıcı maddələrin təmizlənməsini başa çatdırıblar və indi suların dibində axtarışlar aparırlar.
Artarışlar əsasən rusların geri çəkildiyi bölgələrdə, o cümlədən Kiyev və ətrafında həyata keçirilir.
Qeyd edək ki, Ukrayna 603 min kvadrat kilometr ərazisi ilə Avropanın ən böyük ölkələrindən biridir. Böyük gölləri və çayları bol olduğu üçün bu ərazilərdə bombaları tapmaq böyük çətinlik yaradır.
Ölkədə Dnepr, Dnestr, İrpin, Desna kimi çaylar var. Xüsusilə Dnepr çayı hövzəsində kifayət qədər təbii göllər və bənd gölləri mövcuddur.
Zərintac Mayisqızı
Missiya.Az