Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirin rəsmi hissəsindən əvvəl tədbir iştirakçıları tərəfindən Fəxri xiyabanda ilk öncə Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu. Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əkil və gül dəstələri qoyuldu, əziz xatirəsi dərin ehtiramla anıldı.
Sonra tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Çıxışına davam edən Bəxtiyar Nəbiyev qeyd edib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Vətənimizin əldə etdiyi uğurlarının aspektində 44 günlük şanlı Vətən müharibəsindəki tarixi Zəfərimizi, bundan doğan regionda reallıqların yranması və bütün bunlarda Ulu Öndər Heydər Əliyev ideyalarının əsas həlledici rola malik olması xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan Resublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov bildirdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ulu öndər Heydər Əliyevdir.
Çıxış edən millət vəkili Elnur Allahverdiyev qeyd etdi ki, Qurtuluş Günü bir xalq bayramıdır. Çünki bu günün aparıcı qüvvəsi məhz müdrik xalqımız olub, özünün düzgün seçimi ilə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışını təkidlə tələb edib və yanılmayıb. Məhz 15 iyun 1993-cü il tarixində bizim 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbənin əsası qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirib. Nəticə bütün dünyanın gözlərin önündədir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanlmağa İsmayılova çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil olub. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edilib. Böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib.
Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin baçşısı Elşad Həsənov qeyd etdi ki, xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan xalqı taleyini Heydər Əliyevə etibar etdi. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt bu müstəqilliyi qoruyub saxlamaqdır. Bunu ümummilli Lider öz iradəsi sayəsində reallığa çevirdi. Bu reallığın nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda bütün Azərbaycan xalqı cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə hər zaman dəstək olan, respublikamızda gedən ictimai-siyasi proseslərdə daim aktiv fəaliyyət göstərən, nəcib və səmimi insan, 44 günlük Vətən müharibəsi şəhidi XTQ kapitanı Nurlan Mustafayevin anası, H.Cavid pr.33A (Bakı Metropoliteni QSC) ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini Rəhilə Ramazanovanı doğum günü münasibəti ilə təbrik edilərək ona qiymətli hədiyyələr təqdim edilib.
Sonra partiyanın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətə görə və 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə başda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev olmaqla Yasamal rayon huquq mühafizə orqanlarının rəhbərlərinə və bir sıra əməkdaşlara fəxri fərmanlar təqdim olunub. Sonra YAP Yasamal rayon təşkilatı tərəfindən 15 iyun-Milli Qurtuluş günü və partiyada ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən əməkdaşlara diplom və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili, Azərbaycan Resublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, Yasamal rayon bələdiyyə sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayon huquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yasamal rayon ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri iştirak ediblər.