Türkiyə Prezifenti Rəcəb Tayyib Ərdoğan iyul ayında Venesuelaya səfər edəcək.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Anakarada venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu iki səfər Türkiyə-Venesuela münasibətlərinin inkişafına zəmin yaradaraq yeni fürsətlər açacaq.
Bundan əlavə, Ərdoğan iki ölkənin ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduqlarını da qeyd edib.
Türkiyə Prezidenti həmçinin Venesuelaya qarşı tətbiq olunan birtərəfli sanksiyaları da pisləyib.