Rusiya ordusu Ukraynanın şərqində yerləşən Luqansk vilayətinin 97%-nə nəzarət edir.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat yayıb.
Şoyqu bildirib ki, Rusiya qüvvələri Severodonetsk şəhərinin yaşayış məhəllələrini ələ keçirib. “Ordu vilayətin kənarındakı sənaye zonasına və yaxınlıqdakı şəhərə nəzarəti ələ keçirmək üçün mübarizə aparır.”
Luqansk qubernatoru Segey Qayday da “Associated Press”ə açıqlamasında Rusiya qüvvələrinin şəhərin sənaye kənarlarına nəzarət etdiyini bildirib.
Daşqın Həsənov
Missiya.Az