AZ   |   RU
BMT-nin Nüvə Nəzarəti Təşkilatının rəsmiləri Ukraynaya səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Nüvə Nəzarəti Təşkilatının nümayəndələri Ukraynaya səfər etməyi planlaşdırır. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi özünün “Twitter” hesabında məlumat yayıb. 

Qrossi bildirib ki, onun komandası Zaporojya
ya Atom Elektrik Stansiyasına ekspert missiyası göndərmək üzərində işləyir. 

“Avropanın ən böyük AES-nın hazırda MAQATE-nin mühafizə sistemləri ilə əlaqəsi kəsilib. Ukrayna bizdən xahiş etdi və ora gedəcəyik”.

Ukraynanın nüvə enerjisi üzrə dövlət operatoru “Energoatom” isə bildirib ki, Qrossiyə Zaporojya
ya zavodunu ziyarət etmək üçün dəvət göndərilməyib.

Daşqın Həsənov 
Missiya.Az 


  • 7-06-2022, 17:19