AZ   |   RU
Zelenskiyə Rusiyanın şərtləri əsasında sülh razılaşmasını qəbul etdirmək üçün təzyiq edilməməlidir - Conson

Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyanın şərtləri əsasında sülh razılaşmasını qəbul etmək üçün təzyiq edilməməlidir.

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Boris Conson nazirlər kabinetinin iclasında deyib.

Conson Zelenskiyə pis sülhü qəbul etmək üçün təzyiq edilməməsinin həyati əhəmiyyət daşıdığını deyərək, bu cür razılaşmaların uzun sürmədiyini bildirib.

Baş nazirin sözçüsü nazirlər kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Conson Böyük Britaniyanın Ukraynaya dəstəyinin ön planda qalacağına söz verib.

Daşqın Həsənov
Missiya.Az


  • 7-06-2022, 16:17