AZ   |   RU
"Türkiyə Ukrayna taxılını endirimli qiymətlərlə almaq istəyir" - Vahit Kırışçı

Türkiyə hazırda Rusiyanın təcavüzü səbəbindən limanlarda qalmış Ukrayna taxılını 25% endirimlə almaq niyyətindədir .

Missiya.Az
xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kırışçıya istinadən məlumat yayıb.

"Ukrayna ilə taxılın 25% endirimlə alınması ilə bağlı razılaşmalar var. Lakin onlar məhsulların təhlükəsiz ixracı məsələsində dilemma ilə üzləşib. Türkiyənin bu prosesdə arbitr rolunu oynamasını istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə güvənir.”

O qeyd edib ki, taxıl ixracı ilə bağlı diplomatik vasitəçilik edən Türkiyə bu həftə Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə “yaşıl” dəhlizlərin yaradılması ilə bağlı iki mühüm görüş keçirəcək. İyunun 6-da prezident Volodimir Zelenski bəyan edib ki, Ukrayna taxılın maneəsiz ixracı üçün limanların blokdan çıxarılması üçün bir sıra ölkələr və BMT ilə danışıqlar aparılır. Dövlət başçısı əlavə edib ki, məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da müzakirə edib. Zelenskinin sözlərinə görə, Kiyev taxıl ixracının alternativ yollarını axtarır, lakin hələ ki, taxılın Belarusa dəmir yolu ilə ixracı ilə bağlı təklif müzakirə mövzusu deyil.



Teymur Aslanov
Missiya.Az

  • 7-06-2022, 16:04