AZ   |   RU
“Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur” - Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdən imtina edib.

Missiya.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan bu haqda Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında danışıb.

Ərdoğan ABŞ-a səfəri zamanı Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Türkiyəyə qarşı apardığı kampaniyaya çox sərt reaksiya verib. Mitsotakisin “Türkiyəyə F-16 verməyin” tələbinə toxunan Ərdoğan deyib:

"Yunanıstan və Fransa NATO-dan çıxanda Türkiyə o zaman onlara dəstək verdi. Bəs nə oldu? Yunanıstan indi bizimlə necə uyğunlaşır? FETÖ-nün Avropaya gedən yolu hazırda Yunanıstan deyilmi? Hazırda Yunanıstanda 10 baza var. Bu bazalar niyə Yunanıstanda yaradılır? Avropa ölkələrinə 400 milyard avro borcu olan bir Yunanıstan var.

Onlarla danışdıq. Görüşdə razılaşdıq ki, aramıza üçüncü ölkələri gətirməyək. Yunanıstanla Strateji Şura Toplantısı keçirəcəkdik. Qoy Mitsotakis gələcək haqqında düşünsün. Biz özümüzə kifayət edirik. ABŞ-a “Türkiyəyə F-16-ları vermə” təklifi edən Yunanıstanla qarşı-qarşıyayıq. Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur. Onunla belə bir toplantı keçirməyə heç vaxt razı deyiləm. ABŞ yəqin ki, Yunanıstanın sözü ilə hərəkət etməyəcək".

  • 23-05-2022, 23:09