“Bu gün Ağdama səfər etmişik. Böyüklərimizdən belə eşitmişdik ki, bu bölgələr öz füsünkar təbiəti ilə tanınıb. Amma təəssüf olsun ki, Ağdam torpağına qədəm qoyan andan ürək ağrısı keçirdik, insanlıqdan uzaq mənzərənin şahidi olduq”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov deyib.
O qeyd edib ki, mədəni, dini və tarixi abidələr erməni vandallığına məruz qalıb: “Biz düşünürük ki, zaman keçdikcə Azərbaycan dövləti bunları bərpa edəcək. Ancaq bir şeyi deyim ki, bütün bunlar təkcə Azərbaycanda yaşayan vətəndaşların yox, eyni zamanda, dünyada yaşayan azərbaycanlıların zehnindən silinməyəcək. Onu da deyim ki, biz bu gözəl torpaqların işğaldan azan olunması üçün Allahımıza şükür edirik. Və eyni zamanda, şəhidlərimizi rəhmətlə anırıq, onların ruhu qarşısında baş əyirik”.
Hacı Ramin İgidov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə Gürcüstandan 40 nəfər müsəlman din xadimi səfər edib.