AZ   |   RU
Ermənistanda etiraz: Əsgər valideynləri Nazirliyin bütün giriş-çıxışlarını bağladı - VİDEO

İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər. 

Missiya.Az
xəbər verir ki, etirazçılar Nazirliyin hər üç çıxışını bağlayıblar. 

Əraziyə polis qüvvələri cəlb edilib. Etiraz edən əsgər valideynləri bildirib ki, uzun müddət susublar və övladlarının tapılacağını gözləyiblər. 

Qeyd edək ki, bir müddət əvvəl də itkin düşmüş hərbi qulluqçuların etiraz edən valideynləri iş vaxtı bitənə qədər Müdafiə Nazirliyinin önündən getməmişdilər. Onlar Nazirliyin bütün giriş-çıxışlarını bağlamışdılar. Valideynlərin təkidlərindən sonra Müdafiə naziri Vagharshak Arutyunyan onları qəbul edib  və vəd vermişdi ki, tez bir zamanda əsirlikdə olan və ya itkin düşmüş övladları tapılacaq. Nazir döyüşlərin baş verdiyi bölgələrdə axtarışların sürətləndirilməsi ilə bağlı da əmr vermişdi. 

Valideynlər onlara verilən vədlərin yerinə yetirilmədiyi üçün bu gün yenidən Nazirliyin önünə toplaşıblar və övladlarından tez bir zamanda xəbər deyilməsini istəyirlər. Onlar bildiriblər ki, uşaqları ilə bağlı məsələ həll olunmayana qədər etiraz aksiyalarını davam etdirəcəklərinə söz veriblər.


Elvin
Missiya.Az


  • 8-04-2021, 17:21