AZ   |   RU
Yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 88 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 856, bu günə qədər isə ümumilikdə 6 817 342 test icra olunub.


  • 1-05-2022, 17:57