AZ   |   RU   |   Köhnə versiya

Ermənistan Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi - FOTO


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan ölkənin şərqində yerləşən hərbi hissələri ziyarət edib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, Baş Qərargah rəisi  şəxsi heyətin fiziki, döyüş və mənəvi psixoloji hazırlığının artırılması ilə bağlı əmr verib.
 
Artak Davtyan həmçinin döyüş məntəqələrinə baş çəkib, əməliyyat şəraitini qiymətləndirib və mühəndis-istehkam işləri ilə tanış olub. 

Qeyd edək ki, aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. Bu münasibətlə təşkil olunan mərasimdə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.


Elvin
Missiya.Az


Baxış sayı: 139
  • 7-04-2021, 12:47