AZ   |   RU
“Bloomberg” Türk PUA-ları və Qarabağ müharibəsindən yazdı

Azərbaycanın Vətən Müharibəsi zamanı Ermənistana qarşı istifadə etdiyi “Bayrakdar TB2” PUA-ları dünya mediasının gündəmindən düşmür.

Missiya.Az
xəbər verir ki, bu dəfə ABŞ-ın məşhur “Bloomberg” dərgisi Azərbaycanın Qarabağ müharibəsində istifadə etdiyi PUA-larla bağlı məqalə dərc edib.

Məqalədə, Türkiyə istehsalı PUA-ların Azərbaycan və Liviyada gedən müharibələr zamanı döyüşlərin “qədərini” dəyişdiyi vurğulanıb.   

Sitat: “Türk PUA-ları, Türkiyədəki evindən minlərlə kilometr uzaqlıqda, Liviya və Azərbaycandakı müharibələrin qədərini dəyişdirməyə yardımçı oldu. “Bayrak Makina” şirkətinin TB2 PUA-ları, müharibə zamanı Türkiyənin müttəfiqləri olan rəsmi Tripoli və Bakı  tərəfindən istifadə olundu. Qarabağdakı  müharibə zamanı ardıcıl hava zərbələri nəticəsində Ermənistan məğlubiyyətini qəbul etdi”, - sitatın sonu.  

Yazıda, müharibədən sonra prezident İlham Əliyevin “Bayrak Makina” şirkətinin rəhbəri Səlçuk Bayrakdarı “Qarabağ ordeni” ilə təltif etməsinə də diqqət çəkilib.

“Bloomberg” yazır ki, Türkiyə PUA-ları Liviyada Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan hökumətə qarşı üsyan qaldıran Xəlifə Həftara qarşı uğurla istifadə olunub.

Elvin
Missiya.Az


  • 6-04-2021, 17:30